...

Azərbaycan regionları əhalinin bank sistemindəki əmanətlərinin 8,3 faizini təmin edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2011 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan regionlarından (Bakı istisna olmaqla, ölkənin rayonları) bank sisteminə cəlb edilən əhali əmanətləri 2011-ci ilin oktyabr ayının yekunu üzrə 305 milyon manat və ya bank əmanətlərinin ümumi həcminin 8,3 faizini təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ölkənin Mərkəzi Bankının (AMB) statistik hesabatında deyilir.

Noyabrın 1-nə olan məlumata görə, ölkə üzrə əmanətlərin ümumi həcmi 3674,95 milyon manat təşkil edib. Burada milli valyutada əmanətlər 1823,2 milyon manat səviyyəsində olub. Bakı üzrə bu göstərici 3369,95 milyon manat təşkil edib. Burada milli valyutada əmanətlərın payı 1599,3 milyon manatdır. Ölkə üzrə orta faiz tarifi hesabat dövründə 9,4 faiz təşkil edib. Bakı üzrə isə 9,5 faiz olub.

Abşeron iqtisadi rayonu üzrə əmanətlərin həcmi 99,16 milyon manat (orta tarif üzrə 9,7 faiz), Aran iqtisadi rayonu üzrə 50,8 milyon manat (5,1 faiz), Dağlıq Şirvan iqtisadi rayonu üzrə 7,05 milyon manat (7,3 faiz), Gəncə-Qazax iqtisadi rayonu üzrə 55,1 milyon manat (8,1 faiz), Quba-Xaçmaz iqtisadi rayonu üzrə 22,7 milyon manat (7,8 faiz), Lənkəran iqtisadi rayonu üzrə 22,04 milyon manat (7,7 faiz), Şəki-Zaqatala iqtisadi rayonu üzrə 19,2 milyon manat (6,2 faiz), Dağlıq Qarabağ iqtisadi rayonu üzrə 7,7 milyon manat (3,7 faiz), Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 1,4 milyon manat (6,1 faiz), Naxçıvan iqtisadi rayonu üzrə 19,9 milyon manat (3,3 faiz) təşkil edib.

Dekabrın 6-na olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti