...

Azərbaycanda bir sıra vergi bəyannamələrinə dəyişiklik edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2011 18:06 (UTC +04:00)
Azərbaycanda bir sıra vergi bəyannamələrinə dəyişiklik edilib.
Azərbaycanda bir sıra vergi bəyannamələrinə dəyişiklik edilib

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Azərbaycanda bir sıra vergi bəyannamələrinə dəyişiklik edilib.

Vergilər Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, vergilər nazirinin əmri ilə "Mənfəət vergisinin bəyannaməsi"nə, "Mənfəət vergisinin bəyannaməsinə Əlavə N 1"-ə, "Gəlir vergisinin bəyannaməsi"nə, "Gəlir vergisinin bəyannaməsinə Əlavə"yə, "Sadələşdirilmiş verginin bəyannaməsinə Əlavə"yə, "Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə hesablanan yığım barədə hesabat"a, "Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə hesablanan yığım barədə hesabata Əlavə"yə və onların tərtib olunma qaydalarına bir sıra dəyişikliklər edilib.

"Sadələşdirilmiş verginin bəyannaməsinə Əlavə N 1" hüquqi və fiziki şəxslər üzrə ayrılıb. Hüquqi şəxslər üçün "Sadələşdirilmiş verginin bəyannaməsinə Əlavə N 1" "Mənfəət vergisinin bəyannaməsinə Əlavə N 1"-ə, fiziki şəxslər üçün "Sadələşdirilmiş verginin bəyannaməsinə Əlavə N 1" isə "Gəlir vergisinin bəyannaməsinə Əlavə"yə uyğunlaşdırılıb. "Sadələşdirilmiş vergi bəyannaməsinə Əlavə N 2"-də "Hesabat dövründə alınan qəbzlər üzrə məlumat", "Hesabat dövründə yararsız hala düşmüş və ya ləğv olunmuş qəbzlər üzrə məlumat", "Hesabat dövrünün sonuna qalıqda qalan qəbzlər üzrə məlumat" öz əksini tapıb.

"Gəlir vergisi bəyannaməsindəki "Səhmlər, istiqrazlar və digər qiymətli kağızların, iştirak paylarının, borc öhdəliklərinin və tələblərinin alınması ilə bağlı xərclər" sətri 6 alt sətrə bölünüb. Vergi ödəyiciləri burada "Səhmlərin alınması ilə bağlı xərclər", "İstiqrazların alınması ilə bağlı xərclər", "Digər qiymətli kağızların alınması ilə bağlı xərclər", "İştirak paylarının alınması ilə bağlı xərclər", "Borc öhdəliklərinin alınması ilə bağlı xərclər" və "Borc tələblərinin alınması ilə bağlı xərclər"i ayrıca sətirlərdə göstərilib. "Mənfəət vergisi bəyannaməsinə", "Mənfəət vergisinin bəyannaməsinə Əlavə N 1"-ə, "Gəlir vergisinin bəyannaməsi"nə, "Gəlir vergisinin bəyannaməsinə Əlavə"yə də bəzi redaktə xarakterli dəyişikliklər edilib.

Xəbər lenti

Xəbər lenti