...

BMK 2012-ci ildə daha bir Azərbaycan bankının kapitalına daxil olmanı müəyyən edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2011 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir N.İsmayılova/

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) 2012-ci ildə Azərbaycan bankı "Rabitəbank"ın kapitalına daxil olma üzrə yekun qərar qəbul edəcək. Bu barədə çərşənbə günü Trend-ə korporasiyanın Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova məlumat verib.

"Gələn ilin əvvəlində "Rabitəbank"ın kapitalına daxil olma üzrə yekun qərar qəbul ediləcək. Lakin bilavasitə maliyyələşdirmənin nə zaman başlayacağını söyləmək hələlik çətindir", - Əzimova deyib.

2010-cu ilin sentyabrında "Rabitəbank" Beynəlxalq Maliyyə Korporasiyası və AYİB ilə onların Azərbaycan bankının səhmdarları sırasına daxil olması haqqında investisiya sazişi imzalayıb. Bu maliyyə institutları hər biri 12,5 faiz olmaqla 25 faiz + 1 səhmə bərabər səhmlər paketini alıblar. Sövdələşmənin ümumi məbləği 4 milyon manatdır.

"Rabitəbank" 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır. Bank BMK və AYİB ilə 1999-cu ildən əməkdaşlıq edir. Bankın səhmlər paketi (86,1 faiz) bu vaxtadək bankın idarə heyətinin sədri Zakir Nuriyevə məxsus olub.

"Rabitəbank" Azərbaycanda BMK-nin iştirak payını əldə edən dördüncü bankdır.

Xəbər lenti

Xəbər lenti