...

Azərbaycanda avronun mövqeyi zəifləməyəcək - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2011 21:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir A.Axundov/

Avropa maliyyə bazarlarındakı qeyri-sabitlik Azərbaycanda avronun mövqeyini zəiflətməyəcək. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov deyib.

"Avro sabit valyutadır və mən düşünmürəm ki, avro üçün təhlükə mövcuddur. Avro dollara və digər dünya valyutalarına paralel olaraq, planetin bütün nöqtələrində sabit işləyir. Avronun avrozonadan kənarda genişlənməsi kifayət qədər intensiv və sabit gedir", - ekspert hesab edir.

Onun sözlərinə görə, böhran təzahürlərinin müşahidə edildiyi bir sıra ölkələrin avrozonadan çıxması avronun dünyadakı vəziyyətinə müsbət təsir göstərə bilər.

"Əgər zəif iqtisadiyyatlar avrozonanı tərk etsələr, avro daha da konvertasiyalı olacaq. Bununla da avro valyutasının planetin digər ölkələrində, regionlarında dünya valyutası kimi işləməsi artacaq. O, daha möhkəm, daha sabit olacaq, nəinki zəif iqtisadiyyatlarla birlikdə. Bu ölkələr müsbət rollarını oynayıblar, lakin indi mənfi rol oynmağa başlayıblar. Fikrimcə, əgər Avropa İttifaqının Mərkəzi Bankı fransız, alman və digər nisbətən az və ya çox möhkəm iqtisadiyyatları saxlayarsa, Yunanıstan və digər ölkələrin avrozonadan çıxması heç cür mənfi rol oynamayacaq, əksinə olacaq", - İsmayılov deyib.

Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmovun əvvəl dediyinə görə, dünya bazarlarında risk böyükdür, lakin Avropa bazarlarında hamının pulu var və hamı təhlükəsizlik tədbirləri görür.

"Hazırda emosional addımlar atmağın vaxtı deyil. Biz böhrandan daha çox ziyan görən ölkələrə kömək göstərilməsi üzrə qərarın tapılacağı mövzusunda nikbin ruhdayıq və bu, avronun taleyinə də təsir edəcək", - Rüstəmov qeyd edib.

Xəbər lenti

Xəbər lenti