...

Azərbaycan MDB gömrük xidmətləri rəhbərlərinin görüşündə təmsil olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2011 13:56 (UTC +04:00)
Azərbaycan dekabrın 9-da Astanada keçirilən MDB, AvrAsİƏ və Gömrük İttifaqı ölkələri gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak edir.
Azərbaycan MDB gömrük xidmətləri rəhbərlərinin görüşündə təmsil olunur

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan dekabrın 9-da Astanada keçirilən MDB, AvrAsİƏ və Gömrük İttifaqı ölkələri gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak edir. Bu barədə Trend-ə DGK-dan məlumat verilib.

Gömrük xidmətləri rəhbərlərinin iclası ildə iki dəfə gömrük işi sahəsində beynəlxalq və regional əməkdaşlığın aktual məsələlərinə baxılması və onlara dair qərarların qəbul edilməsi məqsədilə keçirilir.

"Azərbaycanın Gömrük Komitəsindən iclasın işində Komitənin Xarici Əlaqələr İdarəsinin rəhbəri Dilavər Fərzəliyev iştirak edir. Görüşdə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq", - DGK-dan deyiblər.

Görüş çərçivəsində kadrların hazırlanması, məlumatların mübadiləsinə dair məsələlər, eləcə də malların təkrar ixracına nəzarətdə əməkdaşlıq və gömrük ödənişlərinin toplanması, post-gömrük nəzarətinin həyata keçirilməsi, statistikanın formalaşması, malların ümumi siyahısının tərtibi və başqa məsələlər müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti