...

Azərbaycanda muzdlu işçilərin təxminən 80 faizi xidmət sahəsinə cəlb edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2011 15:12 (UTC +04:00)
2011-ci il oktyabr ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1369,7 min nəfər olub və onların 847,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 522,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Azərbaycanda muzdlu işçilərin təxminən 80 faizi xidmət sahəsinə cəlb edilib

Azərbaycan, Bakı, 9 dekabr /Trend müxbir A. Axundov/

2011-ci il oktyabr ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1369,7 min nəfər olub və onların 847,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 522,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

"İqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda isə 1333,3 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1328,8 min nəfər təşkil edib. Muzdlu əsaslarla çalışan işçilərin 21,6 faizi məhsul istehsalı və 78,4 faizi xidmət sahələrinə cəlb edilib", - məlumatda qeyd edilir.

Muzdla işləyənlərin 24,5 faizi təhsildə, 19,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 9,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,3 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,5 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Statistika Komitəsinin məlumatına əsasən, cari ilin oktyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 360,9 manat təşkil edib ki, bu da ilin əvvəlindəki göstəricidən 8,7 faiz artıqdır.

Dekabrın 9-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti