...

Azərbaycanda tikintiyə icazə verilməsində "bir pəncərə" prinsipi tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2011 16:51 (UTC +04:00)
Azərbaycanda tikintiyə icazə verilməsində "bir pəncərə" prinsipi tətbiq ediləcək.
Azərbaycanda tikintiyə icazə verilməsində "bir pəncərə" prinsipi tətbiq ediləcək

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda tikintiyə icazə verilməsində "bir pəncərə" prinsipi tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Fövqəladə Hallar Nazirliynin Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə deyib.

"Bu, şəhərsalma məcəlləsi layihəsində yer alacaq", - Əsədov bildirib.

Onun sözlərinə görə, icazələrin verilməsi üçün sənədlərin dövlət qəbulu prosedurunun əvəzinə tikinti planları haqqında məlumatlandırma prinsipi tətbiq ediləcək.

"Tikintiyə icazə verilməsi üçün xüsusi komissiya ləğv ediləcək", - Əsədov qeyd edib.

Rəis müavini bildirib ki, bununla yanaşı, tikinti prosedurunun pozulmasına görə cavabdehlik binaları layihələşdirən tikinti şirkətlərinin üzərinə düşəcək.

Xəbər lenti

Xəbər lenti