...

Azərbaycanda 80 yeni tikili təhlükəsizlik üzrə dövlət qəbulundan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2011 17:01 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) yanında fəaliyyət göstərən Qəbul komissiyası 80 yeni tikilmiş binaya onların texniki təhlükəsizlik tələblərini yoxlayaraq müsbət rəy verib.
Azərbaycanda 80 yeni tikili təhlükəsizlik üzrə dövlət qəbulundan keçib

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) yanında fəaliyyət göstərən Qəbul komissiyası 80 yeni tikilmiş binaya onların texniki təhlükəsizlik tələblərini yoxlayaraq müsbət rəy verib. Trend-in məlumatına görə, bu barədə cümə günü FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyi rəisinin müavini Elxan Əsədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə deyib.

"Bu gün ölkədə tikinti şirkətləri tərəfindən təhlükəsizlik normalarına riayət edilməsi ilə bağlı vəziyyət yaxşılaşıb, - Əsədov deyib. - Bugünkü vəziyyəti beş il bundan əvvəl mövcud olan vəziyyətlə müqayisə edəndə, hazırda çox müsbət dinamika müşahidə olunur. Bir çox tikinti şirkətləri artıq bilirlər ki, əvvəlki kimi işləmək olmaz".

Onun sözlərinə görə, beş il əvvəl Fövqəladə Hallar Nazirliyi yaradılanda istismarda olan, amma dövlət qəbulu haqqında akta malik olmayan yaşayış evlərinin sayı 200-dən çox idi.

"FHN bu yeni tikilmiş binalardan əksəriyyətini araşdırıb. Tikinti şirkətləri bilməlidirlər ki, onlar dövlət qəbulu üzrə bütün prosedurlardan keçməyincə, onların binalarına kommunal xidmətlər (qaz, işıq və su) göstərilməyəcək", - Əsədov deyib.

"Hazırda yalnız altı binanın sahibləri dövlət qəbulu prosedurlarından keçməklə bağlı müraciət təqdim etməyiblər. Və bu gün təkcə iki binada aşkar olunan nöqsanların aradan qaldırılması mümkün olmayıb, - o deyib. - Bu binalardan biri Sumqayıtda, digəri isə Bakının Yasamal rayonunda "Mütəfəkkir" şirkəti tərəfindən tikilib. "Məhkəmənin qərarı ilə həmin binalar sökülüb. Yasamal rayonundakı yeni tikilinin yerində bu gün təzə bina tikilir".

Xəbər lenti

Xəbər lenti