...

Azərbaycanın fond bazarı 2,2 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2012 14:16 (UTC +04:00)
Azərbaycanın fond bazarı 2,2 dəfə artıb
Azərbaycanın fond bazarı 2,2 dəfə artıb

Azərbaycan, Bakı, 1 mart / Trend müxbir A.Axundov /

2012-ci ilin yanvar-fevral ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 1,9 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı BFB-nin məlumatında deyilir.

Ölkənin fond bazarının belə artımı dövlət qiymətli kağızlar bazarının 2,35 dəfə artması, korporativ qiymətli kağzılar bazarının isə 49,04 faiz azalması hesabına baş verib.

Dövlət qiymətli kağızlar bazarı 1,879 milyard manata çatıb. Buna repo-əməliyyatların 2,65 dəfə çoxalması və Mərkəzi Bankın notları ilə əməliyyatların 1,7 dəfə artması təsir edib. Həmin alətlər üzrə əqdlərin sayı müvafiq olaraq 1,96dəfə və 14,89 dəfə təşkil edir.

Yanvar-fevral aylarında 39,74 milyon manat təşkil edən korporativ qiymətli kağızlar bazarında azalma korporativ istiqrazlar bazarının 53,65 faiz azalması ilə izah edilir.

Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci il, yanvar-fevral)

Bazarın seqmentləri

2012 (29.02.12)

2011 (28.02.11)

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Korporativ istiqrazlar - (yerləşdirmə)

9 970 335,00

9

16 264 001,00

18

61,30%

Korporativ istiqrazlar - (təkrar bazar)

24 215 857,71

12

57 500 501,24

28

42,11%

Korporativ istiqrazlar bazarı, cəmi

34 186 192,71

21

73 764 502,24

46

46,35%

Səhmlər - (yerləşdirmə)

5 303 000,00

9

2 015 196,00

10

263,15%

Səhmlər - (təkrar bazar)

252 942,93

304

2 201 902,12

404

11,49%

Səhm bazarı, cəmi

5 555 942,93

313

4 217 098,12

414

131,75%

KQK bazarı, cəmi

39 742 135,64

334

77 981 600,36

460

50,96%

Dövlət qiymətli kağızları üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci il, yanvar)

Bazarın seqmentləri

2012 (29.02.12)

2011 (28.02.11)

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Dövlət istiqrazları (Maliyyə Nazirliyi) - (yerləşdirmə)

0,00

0

40 874 408,56

22

-

Dövlət İstiqrazları (Maliyyə Nazirliyi) - (təkrar bazar)

0,00

0

6 565 108,68

7

-

Dövlət İstiqrazları bazarı, cəmi

0,00

0

47 439 517,24

29

-

Notlar (Mərkəzi Bank) - (yerləşdirmə)

199 672 098,71

53

118 854 555,17

46

168,00%

Notlar (Mərkəzi Bank) - (təkrar bazar)

2 495 727,50

1

250 095,92

1

997,91%

Not bazarı, cəmi

202 167 826,21

54

119 104 651,09

47

169,74%

Repo əməliyyatları

1 676 981 076,72

243

633 075 150,96

124

264,89%

DQK bazarı, cəmi

1 879 148 902,93

297

799 619 319,29

200

235,01%

İxtisarlar:

Dİ - dövlət istiqrazları
AR MN - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı
DQK - Dövlət qiymətli kağızları
KQK - Korporativ qiymətli kağızlar

Xəbər lenti

Xəbər lenti