...

Azərbaycanda tikinti şirkəti özəlləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2012 12:11 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi tikinti-quraşdırma xidmətləri göstərən "Mugan Su Tikinti" SC-nin səhmlərinin 99,1 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Azərbaycanda tikinti şirkəti özəlləşdirilir

Azərbaycan, Bakı, 3 mart / Trend müxbir A. Həsənov/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi tikinti-quraşdırma xidmətləri göstərən "Mugan Su Tikinti" SC-nin səhmlərinin 99,1 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü komitənin "Mülkiyyət" qəzetindəki məlumatda deyilir.

Müsabiqədə Azərbaycanın hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İddiaçılar müəssisənin fəaliyyətinin bərpa edilməsinə dair təkliflər təqdim etməlidirlər.

Həmçinin, iddiaçılar investisiya təklifinin beş faizi həcmində bank zəmanəti və dövlət büdcəsinə ödəniləcək 200 min manat vəsaitlə bağlı təklif təqdim etməlidirlər.

"Mugan Su Tikinti" tikinti-quraşdırma işləri üzrə ixtisaslaşıb və Sabirabad rayonunda yerləşir.

2012-ci il fevralın 1-nə olan məlumata görə, SC-nin nizamnamə kapitalı 674,434 min manat təşkil edir. Satışa çıxarılan 337 217 səhmin hər birinin nominal dəyəri iki manatdır. İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı 334 166 ədəd, onların ümumi nominal dəyəri isə 668,332 min manatdır.

Müəssisə 799 639 manat məbləğində borca malikdir. O cümlədən, əməkhaqqı üzrə borclar 22,367 min manat, mal, iş və xidmətlərə görə borclar 22 372 manat təşkil edir. Bununla yanaşı, müəssisənin debitor borcları 804 611 manatdır.

İddiaçılar müsabiqənin tələbləri, özəlləşdirmə planı ilə tanış olmaq və əlavə məlumat əldə etmək üçün 4 aprel 2012-ci il tarixinə qədər, saat 10:00-dan 17:00-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri. Y.Səfərov küçəsi, 20.
Sənədlər və təkliflər 4 aprel 2012-ci il saat 10:00-dan 17:00-dək qəbul edilir.

Təkliflərə Dövlət Komitəsinin binasında Müsabiqə Komissiyası tərəfindən 6 aprel saat 15:00-dək baxılacaq.

Xəbər lenti

Xəbər lenti