...

DB Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün prioritetləri açıqlqayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2012 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart / Trend, müxbir A.Axundov /

Azərbaycanda qeyri-neft sektorunun inkişafı ixtisaslı mütəxəssislərin olmasını, insan resurslarının inkişafını zəruri edir.

"Bunun üçün təhsil sistemində islahatlar lazımdır. Bu sahəyə iri dövlət vəsaitlərinin yönəldilməsinə və son illər müəyyən irəliləyişlərin əldə olunmasına baxmayaraq, bu sahədə vəziyyət başqa ölkələrlə müqayisədə yaxşı deyil", - bu barədə bazar ertəsi Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionunda strategiya və layihələr üzrə direktoru Teodor Alers Bakıda iqtisadi siyasət üzrə ikinci iqtisadi forumda deyib.

Onun sözlərinə görə, Azərbaycan gömrük, vergi, biznesin qeydiyyatı sahələrində prosedurların sadələşdirlməsində irəliləyişə nail olsa da, bu istiqamətdə işləri davam etdirmək lazımdır.

"Habelə ölkənin ÜDM-da kənd təsərrüfatının xüsusi çəkisi bu sahəyə əhalinin cəlb edilməsi payının yüksək olmasına baxmayaraq (ölkənin iqtisadi aktiv əhalisinin üçdə ikisi) beş faiz təşkil edir. İqtisadiyyatın diversifikasiyına yönəlmiş ölkə üçün bu sahənin inkişafı çox vacibdir", - Alers deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın bir çox seqmentlərində iri şirkətlərin hökmranlığı Azərbaycan iqtisadiyyatı üçün ciddi problemdir.

"Bu problem təkcə Azərbaycana deyil, həm də dünyanın bir çox ölkələrinə xasdır. Bu gün Azərbaycandakı vəziyyəti dəyişmək lazımdır, o cümlədən burada Rəqabət Məcəlləsinin qəbulu öz rolunu oynayacaq", - bankın nümayəndəsi deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın inkişafı üçün dövlət investisiyaları və məsrəflərinin xərclənməsi üzərində nəzarət və şəffaflığı artırmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti