...

Azərbaycanda Qərb istiqamətində dəmir yolunun təmirinə başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2012 12:45 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Böyük Kəsik istiqamətində dəmir yol örtüyünün yenilənməsi çərçivəsində üç gün ərzində Heybət-Puta mənzilinin 510-513-cü kilometrində yolun əsaslı təmirini başa çatdıracaq.
Azərbaycanda Qərb istiqamətində dəmir yolunun təmirinə başlanıb

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir E.İsmayılov /

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Böyük Kəsik istiqamətində dəmir yol örtüyünün yenilənməsi çərçivəsində üç gün ərzində Heybət-Puta mənzilinin 510-513-cü kilometrində yolun əsaslı təmirini başa çatdıracaq. Trend-in məlumatına görə, bu barədə QSC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Məlumata görə, təmir işlərinə çərşənbə axşamı başlanıb. Bu müddət ərzində ümumilikdə həmin mənzilin 4 kilometri təmir olunacaq.

Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankı ayırdığı 215 milyon avro məbləğində kredit hesabına həyata keçirilir.

İşlərə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.

Xəbər lenti

Xəbər lenti