...

Azərbaycan və Tacikistan iqtisadi əlaqələrin genişləndirilməsi barədə razılığa gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2012 12:05 (UTC +04:00)
Martın 5-də Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın birinci iclasının yekunları üzrə protokol imzalanıb.
Azərbaycan və Tacikistan iqtisadi əlaqələrin genişləndirilməsi barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 7 mart / Trend /

Martın 5-də Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın birinci iclasının yekunları üzrə protokol imzalanıb. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

İclas Düşənbədə keçirilib.

Sənədi Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Şarif Rahimzoda imzalayıb.

İclasda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanda xarici ölkələrlə, o cümlədən Tacikistanla əlaqələrin genişlənməsinə xüsusi önəm verildiyini qeyd edib.

"Ölkələrimiz arasında bütün sahələri əhatə edən 20-dən çox sənəd imzalanıb, iqtisadi əməkdaşlığın inkişafı üçün möhkəm müqavilə-hüquqi baza yaradılıb, mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur", - o qeyd edib.

Öz növbəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Şarif Rahimzoda ölkəsində Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verildiyini, əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Komissiyanın iclasında ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi və s. sahələrdə əməkdaşlığın inkişafı, iş adamları arasında əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti