...

Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2012 13:24 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti "Atəşgah" ASC sığorta şirkətinə sığorta fəaliyyəti göstərmək üçün müddətsiz lisenziya verib.
Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib

Azərbaycan, Bakı, 9 mart /Trend müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti "Atəşgah" ASC sığorta şirkətinə sığorta fəaliyyəti göstərmək üçün müddətsiz lisenziya verib. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Xidmətinin yaydığı məlumatda deyilir.

"Lisenziya martın 6-da əvvəl verilmiş lisenziyanın müddətinin başa çatması ilə əlaqədar olaraq verilib", - məlumatda deyilir.

Maliyyə Nazirliyi tərəfindən bu günə qədər sığorta fəaliyyəti göstərmək üçün müddətsiz lisenziya ölkədə fəaliyyət göstərən 29 sığorta şirkətindən 18-nə verilib (o cümlədən bir təkrar sığorta şirkətinə) verilib.

Qeyd edək ki, "Atəşgah" şirkəti 1996-cı ildə təsis edilib.

Xəbər lenti

Xəbər lenti