...

Beynəlxalq Sığorta Şirkətindən dərmanların pulsuz çatdırılması

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2012 12:10 (UTC +04:00)
Artıq Beynəlxalq Sığorta Şirkətinin müştəriləri dərmanların iş yerinə və ya evə pulsuz çatdırılmasını sifariş edə bilərlər.
Beynəlxalq Sığorta Şirkətindən dərmanların pulsuz çatdırılması

Azərbaycan, Bakı, 14 mart /Trend/

Artıq Beynəlxalq Sığorta Şirkətinin müştəriləri dərmanların iş yerinə və ya evə pulsuz çatdırılmasını sifariş edə bilərlər. Müvaffiq razılaşma əczaçılıq bazarının liderlərindən biri və bu ilin 1 mart tarixindən Beynəlxalq Sığorta Şirkəti-nin tərəfdaşı olan "Avropa" apteki ilə əldə olunmuşdur. Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Dərmanların pulsuz çatdırılması səhhəti ilə əlaqədar apteka gələ bilməyənlər üçün təşkil edilir. Həmçinin, sığortalanan aptekə gəldiyi zaman hər-hansı dərman vasitəsi mövcud olmasa həmin dərmənın daha sonra pulsuz olaraq çatdırılması mümkündür.

"Avropa" apteki, Əhməd Cavad küçəsi 20 ünvanında, Respublika Uroloji Xəstəxanasının yaxınlığında yerləşir. Aptek ilə (012) 492-33-71, (012) 492-30-87 və (050) 750-33-71 telefon nömrələri ilə əlaqə saxlamaq olar.

Beləliklə, Beynəlxalq Sığorta Şirkəti-nin tərəfdaş şəbəkəsi 8 aptekdən ibarətdir. Onlardan dördü Bakıda - "Avropa", "Eskulap" və iki "Pharma" apteki, ikisi Sumqayıtda - "REAL" və "Liman", biri Gəncədə - "Aptek 397" və biri Ağstafa şəhərlərində - "Azfarmterapiya" yerləşir.

Bu il 10 illiyini qeyd edən Beynəlxalq Sığorta Şirkəti hazırda Azərbaycanın ilk beş aparıcı sığorta şirkətləri sırasına daxildir. Şirkətin təsisçisi ölkənin ən böyük bankı olan və MDB dövlətlərinin 50 ən böyük bankı siyahısına daxil olan Azərbaycan Beynəlxalq Bankıdır.

Xəbər lenti

Xəbər lenti