...

Azərbaycan SSR Əmanət Bankının əmanətlərinin qaytarılması üçün 1 milyard manatdan artıq vəsait lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2012 12:50 (UTC +04:00)
Keçmiş SSRİ Əmanət Bankı Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsinə 1 milyard manat həcmində vəsait yönəldiləcək.
Azərbaycan SSR Əmanət Bankının əmanətlərinin qaytarılması üçün 1 milyard manatdan artıq vəsait lazımdır

Azərbaycan, Bakı, 16 mart / Trend müxbir A.Axundov/

Keçmiş SSRİ Əmanət Bankı Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsinə 1 milyard manat həcmində vəsait yönəldiləcək. Trend-in məlumatına görə, bunu parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

"MDB-nin heç bir ölkəsi bu məsələni belə qısa müddətdə həll etməyib. Baxmayaraq ki, bu məsələnin 4-5 il bundan əvvəl həll edilə bilməsi barədə iddialar var. Lakin ölkə o zaman bir sıra problemlərə malik idi, kifayət qədər resurslar və təcrübə yox idi", - Səmədzadə deyib.

Prezident İlham Əliyev martın 14-də AzSSR Əmanət Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsini nəzərdə tutan fərman imzalayıb. Pulların alınması prosesi 2012-ci ilin iyunundan başlayacaq və 2013-cü il dekabrın 31-də başa çatacaq.

Səmədzadənin sözlərinə görə, AzSSR Əmanət Bankında iki milyondan yuxarı əmanət var, lakin Prezidentin bu sərəncamının əhatə edəcəyi əmanətçilərin dəqiq sayını söyləmək hələlik çətindir. Çünki bəzi vətəndaşlarda bir neçə əmanət kitabçası var.

Birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank kimi keçmiş AzSSR Əmanət Bankının hüquqi varisi hesab edilən "Kapital Bank" ASC çıxış edir.

Əgər əmanətin məbləği 2000 rubl təşkil edirsə, onda o dörd qəpikdən hesablanır. Bir qəpiyə görə 75 manat ödəniləcəyi üçün 2000 rubla görə əmanətçi 300 manat alacaq. Müvafiq olaraq, 1000 rubl əmanəti olan əmanətçi 150 manat alacaq.

Əgər əmanətin məbləği iki mindən beş min rubladək olarsa (10 qəpik), iki min rubla görə 300 manat və üstəgəl bu məbləğdən çox olan hər qəpiyə görə 50 manat veriləcək. Əgər əmanət üç min manat təşkil edirsə, onda 300 manat + 100 manat (1 min rubl = 2 qəpik) veriləcək.

5 min rubldan 10 min rubladək olan əmanətlər (20 qəpik) belə hesablanacaq: 600 manat + 40 manat (5 min rubl məbləği çıxdıqdan sonra yerdə qalan hər qəpiyə görə). Amma əgər əmanətin məbləği 10 min rubldan yuxarı olarsa, əmanətçi 1 min manat + 25 manat (göstərilən baza məbləğindən yuxarı hər qəpiyə görə) alacaq.

Ödəmələr sovet əmanət hesabları bağlanandan sonra nağd yolla həyata keçiriləcək. Banka ödəmələr barədə müraciət 2012-ci il dekabrın 31-dək qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti