...

"Bank of Baku"nun müştəriləri bayram günlərində də ödəniş edə bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2012 19:53 (UTC +04:00)
"Bank of Baku" Novruz bayramı ilə əlaqədar martın 20-26-da bankın paytaxt və bölgələrdəki filiallarında qeyri-iş günlərinin olacağını elan edir.
"Bank of Baku"nun müştəriləri bayram günlərində də ödəniş edə bilərlər

Azərbaycan, Bakı, 19 mart /Trend/

"Bank of Baku" Novruz bayramı ilə əlaqədar martın 20-26-da bankın paytaxt və bölgələrdəki filiallarında qeyri-iş günlərinin olacağını elan edir. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Bununla yanaşı, "Bank of Baku"nun filialları önündə fəaliyyət göstərən ödəniş terminalları həftənin 7 günü 24 saat rejimində, tərəfdaş mağazalardakı terminallar isə müvafiq iş rejimində ödənişləri həyata keçirmək üçün müştərilərin xidmətində olacaq.

Müştərilər ödənişləri onlayn rejimdə də həyata keçirə biləcəklər.

Eyni zamanda, 22, 23, 24 və 26 mart 2012-ci il tarixlərdə "Xaqani" filialında yalnız ödəniş terminalları vasitəsilə saat 09:00-19:00-dək ödənişlər qəbul ediləcək.

Ödəniş terminallarının ətraflı siyahısını "Bank of Baku"nun http://www.bankofbaku.com/az/network-of-offices/adresses-of-cashin.html ünvanlı rəsmi saytından əldə etmək olar.

Bayram günlərində ediləcək bütün ödənişlər sistemdə 27 mart tarixində əks olunacaq.

Xəbər lenti

Xəbər lenti