...

Şri-Lanka Azərbaycana ixrac əməliyyatlarına başlamağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2012 10:32 (UTC +04:00)
Şri-Lankada fəaliyyət göstərən şirkətlər Azərbaycanın iş adamları ilə əməkdaşlıqda maraqlıdır.
Şri-Lanka Azərbaycana ixrac əməliyyatlarına başlamağı təklif edir

Azərbaycan, Bakı, 23 mart /Trend/

Şri-Lankada fəaliyyət göstərən şirkətlər Azərbaycanın iş adamları ilə əməkdaşlıqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.

Hazırda Şri-Lankada istehsal olunan bir sıra mal və məhsulların Azərbaycana ixrac edilməsi, həmçinin tələbatın olduğu malların idxalı təklif olunur.

İxrac üçün təklif olunan mal və məhsullar bunlardır: meyvələr, ədviyyatlar, parçalar, lak və boyalar. İdxal üçün təklif olunan mal və məhsullar isə dərman preparatları, tibbi avadanlıqlardır.

Eyni zamanda, müxtəlif parça növlərinin istehsalı üzrə birgə müəssisənin yaradılması məsələsinin müzakirə edilməsi təklif olunur.

Xəbər lenti

Xəbər lenti