...

Azərbaycan Gürcüstanın ikinci xarici ticarət tərəfdaşıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2012 15:00 (UTC +04:00)
2012-ci ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstanın ən iri xarici ticarət tərəfdaşları arasında tutduğu ikinci mövqeyi saxlaya bilib.

Gürcüstan, Tbilisi, 23 mart /Trend, müxbir N.Kirsxaliya/

2012-ci ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstanın ən iri xarici ticarət tərəfdaşları arasında tutduğu ikinci mövqeyi saxlaya bilib. Bu barədə cümə günü Trend-ə Gürcüstanın Statistika İdarəsindən bildiriblər.

Məlumata görə, yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsi 161 096,0 milyon dollar təşkil edib ki, bu da Gürcüstanın bütün xarici ticarət dövriyyəsinin 12 faizini təşkil edir.

Bu məbləğdən Gürcüstan 92 935,0 milyon dollarlıq mal və xidmətlər idxal edib. İxracın həcmi isə 68 161,1 milyon dollar olub.

Fevralda Gürcüstan üçün ən iri ixrac bazarı yenə də Azərbaycan olub.

Gürcüstanın xarici ticarət tərəfdaşları arasında birinci yeri yenə də Türkiyə tutur. Bu ölkə ilə Gürcüstanın ticarət dövriyyəsi 190 917,3 milyon dollar təşkil edir. Üçüncü yeri 102 072,8 milyon dollarla Almaniya tutur.

2012-ci ilin yanvar-fevral aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 1 345 678,9 milyon dollar olub. Bu həcmdən ixrac 307 338,9 milyon dollar, idxal isə 1 038 340.0 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti