...

Azərbaycan iqtisadiyyatı güclü ortamüddətli artım potensialına malikdir - Moody's

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2012 12:03 (UTC +04:00)
Moody's beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının ortamüddətli artım üçün güclü potensiala malik olduğunu qeyd edir.
Azərbaycan iqtisadiyyatı güclü ortamüddətli artım potensialına malikdir - Moody's

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir A.Axundov /

Moody's beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının ortamüddətli artım üçün güclü potensiala malik olduğunu qeyd edir.

"Böyük neft və qaz ehtiyatları sayəsində Azərbaycan iqtisadiyyatının ortamüddətli artım potensialı güclüdür. Lakin əgər diversifikasiya dərinləşməzsə, bu, uzunmüddətli perspektivdə iqtisadi artıma mane ola bilər", - agentliyin dünən dərc olunmuş məlumatında deyilir.

Bununla yanaşı, Moody's ölkədə yüksək maliyyə davamlılığının olduğunu və ortamüddətli perspektivdə ÜDM-də dövlət borcunun nisbətinin aşağı səviyyəsinin saxlanacağını proqnozlaşdırır.

"Azərbaycan 2011-ci ildə 27,2 faiz səviyyəsində olan cari əməliyyat hesabının böyük profisitinə malikdir. Bu, 2010-cu ildəki 29 faiz səviyyəsindən bir az aşağıdır və neft hasilatının müvəqqəti azalmasının nəticəsidir. Ölkədə daxili kapital bazarının inkişafı üzrə aktiv siyasət çərçivəsində dövlət büdcəsi adətən dövlətin maliyyə balansının ciddi kəsirinə (2012-ci il dövlət büdcəsində ÜDM-in 1,5 faizi) yönəlir", - məlumatda deyilir.

Bununla belə, Dövlət Neft Fondunun gəlirlərinin daxil edildiyi və 2011-ci ildə 9,8 faiz səviyyədə qiymətləndirilən birləşdirilmiş büdcə adətən böyük profisitə malikdir.

"Əsasən regionda geosiyasi gərginliyə görə siyasi risklərin doğurduğu risklərə Azərbaycanın həssaslığı mülayim hesab edilir. İqtisadi və maliyyə riskləri digər tərəfdən çox aşağı səviyyədə qiymətləndirilir. Hökumətin istiqraz vərəqələrinin reytinqləri üzrə proqnozu müsbətdir ki, bu da artıq Azərbaycanın güclü maliyyə durumunun gələcəkdə yaxşılaşacağına, həmçinin ölkənin institusional potensialının inkişafına dair gözləntilərimizi əks etdirir", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti