...

"Baku Taxi Company" yeni avtomobillərin növbəti partiyasını istismara verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2012 13:51 (UTC +04:00)
"Baku Taxi Company" ay ərzində daha 500 ədəd "London Taxi TX4" markalı avtomobillərini istismara verəcək. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətin rəhbəri İlqar Qasımov bildirib.
"Baku Taxi Company" yeni avtomobillərin növbəti partiyasını istismara verəcək

Azərbaycan, Bakı, 27 mart /Trend müxbir E.İsmayılov/

"Baku Taxi Company" ay ərzində daha 500 ədəd "London Taxi TX4" markalı avtomobillərini istismara verəcək. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətin rəhbəri İlqar Qasımov bildirib.

Onun sözlərinə görə, paytaxtda artıq 192 ədəd "London Taxi TX4" markalı avtomobil var, daha 190 avtomobil Türkiyə-Gürcüstan sərhədində, avtomobillərin qalan hissəsi isə Türkiyə ərazisindədir.

"Yeni avtomobillər zəruri prosedurlardan keçdikdən və lazımi avadanlığın quraşdırılmasından sonra Bakı küçələrində işləməyə başlayacaqlar" , - Qasımov deyib.

Hazırda Bakıda işləyən "London Taxi TX4" markalı avtomobillərin sayı 500 ədəddir.

Xəbər lenti

Xəbər lenti