...

Azərbaycanın ödəniş balansının profisiti 12 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2012 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı ödəniş balansına əsasən, 2011-ci ilin yekunları üzrə cari əməliyyatların hesab profisiti il ərzində 14,01 faiz artaraq 17,1 milyard dollar təşkil edib.

Trend-in məlumatına görə, o cümlədən neft-qaz sektoru üzrə cari əməliyyatların hesab profisiti 25,5 milyard dollar olub.

Neft-qaz sektoru üzrə cari əməliyyatların hesab profisiti qeyri-neft sektoru üzrə cari əməliyyatların 8,8 milyard dollar həcmində hesab kəsirini tam ödəyir.

Ödəniş balansının ümumi profisiti 12,356 milyard dollar təşkil edib.

Sektorlar üzrə ödəniş balansının təhlili göstərib ki, əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də neft-qaz sahəsində xarici iqtisadi əməliyyatlar müsbət saldoya, qeyri-neft sektorunda isə mənfi saldoya malik olub.

2011-ci ildə xarici ticarət dövriyyəsinin ümumi həcmi 44,7 milyard dollar təşkil edib, xarici ticarət balansının müsbət saldosu 24,3 milyard dollar olub. Bununla yanaşı, 10,2 milyard dollar həcmində mal idxalı, 34,5 milyard dollarlıq mal ixracatı həyata keçirilib.

Hesabat dövrü ərzində 153 ölkə ilə ticarət əlaqələri qurulub. Ticarət dövriyyəsinin 12,5 faizi MDB ölkələri, 87,5 faizi isə digər xarici ölkələrin payına düşür. İtaliya, Fransa, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Almaniya, Ukrayna, Yaponiya və İndoneziya ilə intensiv ticarət əlaqələri mövcud olub. Bu ölkələrin payına Azərbaycanın ixrac-idxal əməliyyatlarının 73,3 faizi düşür.

Xəbər lenti

Xəbər lenti