...

Azərbaycan Nəqliyyat Nazirliyi Ağsu aşırımındakı yolu təmir edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2012 11:22 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi Ağsu aşırımındakı avtomobil yolunun təmirinə bu ərazidəki sürüşmə prosesi tam stabilləşəndən sonra başlayacaq.
Azərbaycan Nəqliyyat Nazirliyi Ağsu aşırımındakı yolu təmir edəcək

Azərbaycan, Bakı, 28 mart / Trend, müxbir S.Əliyev /

Azərbaycan Nəqliyyat Nazirliyi Ağsu aşırımındakı avtomobil yolunun təmirinə bu ərazidəki sürüşmə prosesi tam stabilləşəndən sonra başlayacaq. Bu barədə çərşənbə günü Trend-ə nazirlikdən məlumat verilib.

Hazırda xüsusi strukturlar geoloji və geodeziya tədqiqatları aparırlar. Onların yekunları üzrə torpaqda gedən proseslərin parametrləri müəyyən olunacaq. Tədqiqatlar başa çatdıqdan sonra ölkə hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanacaq.

Həmin plana uyğun olaraq, aşırımdakı sürüşmələrin və uçqunların nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görüləcək.

Məlumata görə, sürüşmələr aşırımdan keçən yolda 15 yerdə müşahidə olunub. Sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün həmin yol avtomobillər üçün tam bağlanıb. Avtomobillərin hərəkəti üçün alternativ yollardan istifadə oluna bilər.

Xəbər lenti

Xəbər lenti