...

"Atəşgah" SŞ icbari avtomobil sığortası polisini onlayn pulsuz çatdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2012 15:52 (UTC +04:00)
Azərbaycanın "Atəşgah" sığorta şirkəti və populyar avtomobil internet portalı Auto.az avtomobil sığortası ilə əlaqədar "Avtosigorta.az" adlı birgə layihə reallaşdırıb.
"Atəşgah" SŞ icbari avtomobil sığortası polisini onlayn pulsuz çatdırır

Azərbaycan, Bakı, 28 mart /Trend/

Azərbaycanın "Atəşgah" sığorta şirkəti və populyar avtomobil internet portalı Auto.az avtomobil sığortası ilə əlaqədar "Avtosigorta.az" adlı birgə layihə reallaşdırıb.

SŞ-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, bundan sonra hər bir internet istifadəçisi Auto.az saytının "Sığorta" bölməsinə (http://sigorta.auto.az/) daxil olmaqla icbari avtomobil və KASKO sığortası polislərinin dəyərini hesablaya bilər.

Bu layihənin üstünlüyü ondadır ki, istənilən avtomobil sahibi evdən və ya ofisdən çıxmamaqla öz avtomobilini sığortalaya bilər. Sığorta kalkulyatoru vasitəsilə icbari və avto KASKO polislərinin dəyərini hesablamaqla onlayn rejimdə onları sifariş edə bilər.

Sığorta polisi "Atəşgah" SŞ-nin sığorta məsləhətçisi tərəfindən paytaxt ərazisində ödənişsiz olaraq sifarişçinin istədiyi yer və zamanda çatdırılır.

Xəbər lenti

Xəbər lenti