...

Kapital Bank ilk super prizin sahibini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2012 15:54 (UTC +04:00)
Kapital Bankın "Bizim Market" mağazalar şəbəkəsi ilə birgə təşkil etdiyi "Kartlı bazarlıq" aksiyası uğurla davam edir.
Kapital Bank ilk super prizin sahibini elan edib

Azərbaycan, Bakı, 29 mart /Trend/

Kapital Bankın "Bizim Market" mağazalar şəbəkəsi ilə birgə təşkil etdiyi "Kartlı bazarlıq" aksiyası uğurla davam edir. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

"Bizim Market" müştəriləri kampaniyada böyük fəallıq nümayiş etdirirlər. Bunun göstəricisi kimi, aksiyanın ilk həftəsi ərzində yüzlərlə şəxs müxtəlif hədiyyələr qazanıb.

Artıq ilk super prizin qalibi də məlumdur. Bu, 37 yaşlı Bakı şəhər sakini Kamran Əhmədovdur. Kamran öz təəssüratlarını bölüşərkən bildirib ki, indiyə qədər heç vaxt lotereyada nəsə udmayıb. Ona görə də "Bizim Market" mağazasında ona verilmiş 5 lotereya kuponundan birinin arxasındakı zolağı pozarkən gözlərinə inanmayıb. Kamran Əhmədov bu kuponla BlackBerry 9780 mobil telefonu qazanıb. Kapital Bankın lotereya kuponlarının hər biri uduşlu olduğundan o, əlavə dörd hədiyyə də əldə edib. Aksiyanın super prizi ona Kapital Bankın baş ofisində təqdim olunub.

Kapital Bank "Bizim Market" mağazalar şəbəkəsinin bütün müştərilərinə uğurlar arzulayaraq onları aksiyada fəal iştirak etməyə çağırır. Axı, hələ minlərlə hədiyyə, o cümlədən 4 iPhone və BlackBerry öz sahibini gözləyir.

Şərtlər çox sadədir: alış-veriş zamanı ödənişi plastik kartla aparmaq. Müştərinin ölkəmizdəki banklardan hansının ödəniş kartına sahib olması fərq etmir. Bütün yerli bankların ödəniş kartları bu kampaniyada keçərlidir. "Bizim Market" şəbəkəsinin Bakıdakı istənilən mağazasında bir dəfəyə ən azı 30 manatlıq alış-veriş edən və ödənişi Kapital Bankın mağazada quraşdırılmış POS-terminalı vasitəsilə aparan hər bir alıcıya "Kartlı Bazarlıq" lotereya kuponu verilir. Əgər bir dəfəyə 30 manatdan çox məbləğdə alış-veriş edilərsə, əlavə hər 30 manata görə müştəri daha bir lotereya kuponu qazanır. Bütün kuponlar uduşludur.

Kampaniya 20 sentyabr 2012-ci il tarixinə qədər davam edəcək. Bu barədə ətraflı məlumatı www.kapitalbank.az saytından, və ya 196 nömrəli müştəri xidmətindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti