...

Azərbaycan biznesi 2012-ci il üçün güzəştli maliyyələşdirmənin təqribən 25 faizini istifadə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2012 13:17 (UTC +04:00)
2012-ci ilin əvvəlindən Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə 502 investisiya layihəsinin maliyyələşdirilməsinə 49,5 milyon manat ayrılıb.
Azərbaycan biznesi 2012-ci il üçün güzəştli maliyyələşdirmənin təqribən 25 faizini istifadə edib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir A.Axundov/

2012-ci ilin əvvəlindən Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə 502 investisiya layihəsinin maliyyələşdirilməsinə 49,5 milyon manat ayrılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakının Suraxanı rayonunun sahibkarları ilə görüşdə SKMF-nin rəhbəri Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, ölkənin regionlarında 455 layihənin reallaşdırılmasına 44 milyon manat həcmində güzəştli kredit ayrılıb.

"Bu kreditlər hesabına 2183 yeni iş yerinin açılması gözlənilir", - Abdullayev deyib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində işləyən 17 sahibkarlıq subyektinə 257 min manat dəyərində güzəştli kredit verilib. Bu kreditlər hesabına 45 yeni iş yerinin açılması planlaşdırılır.

Ümumilikdə 2011-ci ildə və 2012-ci ilin ötən dövrü ərzində Bakıda və ətraf qəsəbələrdə güzəştli kreditlər hesabına 40,4 milyon manat dəyərində 258 layihə maliyyələşdirilib.

Fond 2012-ci ildə 200 milyon manat həcmində kredit verməyi planlaşdırır, bunlardan 110 milyon manat kreditlərin qaytarılması hesabına təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti