...

Azərbaycan ATR təyyarələrinin istismarını davam etdirəcək (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2012 10:16 (UTC +04:00)
ATR markalı təyyarənin bazar ertəsi səhər Rusiyada qəzaya uğramasına baxmayaraq, Azərbaycan həmin markadan olan təyyarələrin istismarını dayandırmayacaq.
Azərbaycan ATR təyyarələrinin istismarını davam etdirəcək (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (Birinci xəbər saat 09:58-də dərc olunub)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.İsmayılov/

ATR markalı təyyarənin bazar ertəsi səhər Rusiyada qəzaya uğramasına baxmayaraq, Azərbaycan həmin markadan olan təyyarələrin istismarını dayandırmayacaq. Bu barədə bazar ertəsi Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, QSC-nin təyyarə parkına daxil olan ATR markalı təyyarələr yenidir və bütün zəruri təhlükəsizlik ölçülərinə cavab verir.

Səfərli bildirib ki, bu gün ATR markalı təyyarələrdən istifadə olunmaqla iki - Bakı-Gəncə-Bakı və Bakı-Tbilisi-Bakı aviareysi həyata keçiriləcək.

QSC öz parkında göstərilən bu markadan - ATR-42 və ATR-72 - altı təyyarəyə malikdir. Təyyarələr şirkət tərəfindən 2007-2008-ci illər ərzində alınıb. Onlardan əsasən daxili reyslərin həyata keçirilməsi zamanı istifadə olunur.

Bazar ertəsi "YuTeyr" aviaşirkətinə məxsus Tümen-Surqut reysini həyata keçirən ATR-72 təyyarəsi Moskva vaxtı ilə 05:50-də (Bakı vaxtı ilə 06:50) Roşino hava limanında havaya qalxan zaman qəzaya uğrayıb. O, Tümendən 45 km aralıda yerə düşüb. İlkin məlumata görə, təyyarənin göyərtəsində 43 nəfər - 39 sərnişin və 4 ekipaj üzvü olub. Onlardan 17-si sağ qalıb. 16 nəfərin cəsədi aşkarlanıb. Qalan sərnişinlərin taleyi məlum deyil

İlkin məlumata görə, təyyarənin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb.

Xəbər lenti

Xəbər lenti