...

Azərbaycan turistləri üçün Şri-Lanka səyahəti

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2012 14:09 (UTC +04:00)
MDB ölkələrindən olan turistlər daim səyahət coğrafiyalarını genişləndirərək, özləri üçün yeni, Yer kürəsinin ən ucqar güşələrini kəşf edirlər.
Azərbaycan turistləri üçün Şri-Lanka səyahəti

Azərbaycan, Bakı, 3 aprel / Trend/

MDB ölkələrindən olan turistlər daim səyahət coğrafiyalarını genişləndirərək, özləri üçün yeni, Yer kürəsinin ən ucqar güşələrini kəşf edirlər. Səriştəli səyyahlar, çox güman ki, Şri-Lankaya səfər etməyi artıq çoxdandır ki nəzərdən keçirirlər. Bu səbəbdən, Dubayın ilk qənaətcil flydubai aviaşirkəti səyahətçilərə Şri-Lankada unudulmaz istirahət etmək üçün bir sıra tövsiyyələr hazırlayıb. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Çoxlarımızın Seylon kimi tanıdığı Şri-Lanka adası turistlərin istirahət məkanı kimi gündən-günə məşhurlaşır. Ötən il adanı 800 000 xarici turist ziyarət edib. 2016-cı ilə gədər Şri-Lanka höküməti turist axınını 2,5 milyona çatdırmaq niyyətindədirlər. Xarici turistlərin əksəriyyəti Şri-Lankaya tranzitlə Dubaydan gəlirlər. 2011-ci ildə tək flydubai aviaşirkəti adaya 60 000 turist çatdırıb. Bu isə 2010-cu illə müqayisədə 125% çoxdur.

Şri-Lankanın paytaxtı Kolombo və onu ətrafı dünya mədəniyyətinin xəzinələri ilə maraqlananlar üçün böyük maraq kəsb edir. Şri-Lankada dünya irsinə daxil olan səkkiz məkan mövcuddur: Qalle, Kandi, Siqiriya, Anuradxapura, Pollonaruva, mağara məbədi Dambula, Mərkəz Dağları və Sinxaraca Milli parkı.

Şri-Lanka buddizmin beşiyi sayılır. Adanın çoxsaylı ziyarətgahlarında buddizm ilə bağlı xüsusi mərasimlər keçirilir. Ən tanınmış təbərrük - Kandinin "Dalada Maliqava" ibadətxanasında yerləşən Buddanın müqəddəs dişidir. Bu tutya ilə bağlı mərasimlər bir neçə gün davam edir, məşəl və bayraqlar əhatəsində yüzlərlə milli libaslı rəqqaslar və fillər iştirak edirlər.

Yaxınlıqda yerləşən Xikkaduva və Unavatuna şəhərcikləri çimərlik istirahətinə üstünlük verənlərə, serfinq və dayvinq pərəstişkarlarına çox münasibdirlər. Çimərliklər təbii riflər - sualtı qayalarla mühafizə olunduğundan burada çimmək tam təhlükəsizdir. Bir sıra çimərliklər "Discovery" televiziya kanalı və "Rough Guides" bələdçisinin müəllifi Mark Ellinq tərəfindən "Dünyanın 10 ən gözəl çimərliyi" siyahısına daxil ediliblər.

Kolomboda geniş çeşidli mehmanxanalar fəaliyyən göstərir. Beşulduzlu "Tac" şəbəkəsi, qiymətinə görə daha əlverişli olan otellər və s. Qaleyə səfər edərkən "Dutch House" adlı romantik bir mehmanxanada dayanmaq olar. Burada pəncərələrdən buxtaya əsrarəngiz mənzərə açılır. "Sun House" mehmanxanası Cənub əyalətlərinin kənd və bazarları ilə tanış olduqdan sonra gözəl istirahət yeri sayılır.

Şri-Lanka ağac və fil sümüyü üzərində naxış sənəti, əl ilə işlənmiş maskalar, səbətlər və batiklər ilə tanınır. Burada əldə edilən sənət işləri yaxınlarınızın və dostlarınızın ürəyincə olacaq. Qadınlara isə Şri-Lankadan yerli sənətkarların əl işlərini - müxtəlif (brilyant, zümrüd, yaqutla) zərgərlik mallarını hədiyyə etmək olar. Və əlbətdə ki, yerli çay hökmən yaddan çıxmamalıdır!

Adadaki illik orta temperatur +27°C təşkil edir, nisbi rütubət günorta saatlarında 70%-dan artıq, iyun ayında isə 90%-a çatır. İqlimdə əhəmiyyətli dəyişikliklər musson mövsümündə baş verir. May-avqust və oktyabr-yanvar aylarında adada şiddətli yağışlar müşahidə olunur.

Azərbaycan vətəndaşları Şri-Lankaya viza almaq üçün yerli turizm operatorlarına müraciət edə bilərlər. Viza 24 saat ərzində verilir, qiyməti - 25 manat təşkil edir. MDB ölkələrindən Şri Lankaya birbaşa uçuş praktik olaraq mümkünsüz olduğundan, ən zəruri çıxış yolu Dubayın Beynəlxalq Hava limanından, flydubai aviaşirkətinin reyslərindən istifadə etməkdir. flydubai aviaşirkətinin təyyarələri Kolombo şəhərinə həftədə 5 dəfə uçurlar. Aviareyslər Dubaydan çərşənbə axşamı, çərşənbə, cümə axşamı və şənbə günləri həyata keçirilir.

Bakıdan Kolomboya biletin qiyməti 407 manatdan başlayır. Aviareys və qiymətlər haqqında ətraflı məlumatı www.flydubai.com saytından və yerli turizm agentliklərinə müraciət etməklə əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti