...

İcbari Sığorta Bürosu kompensasiya ödənişlərinin həyata keçirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 14:19 (UTC +04:00)
İcbari Sığorta Bürosu sığorta hadisələri nəticəsində xəsarət alan üçüncü şəxslərə kompensiyasiyanın ödənişinə başlayır.
İcbari Sığorta Bürosu kompensasiya ödənişlərinin həyata keçirilməsinə başlayır

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanda "İcbari sığortalar haqqında" yeni qanunun tələblərinə uyğun yaradılan İcbari Sığorta Bürosu sığorta hadisələri nəticəsində xəsarət alan üçüncü şəxslərə kompensiyasiyanın ödənişinə başlayır. Bu barədə çərşənbə günü Trend-ə bürodan məlumat veriblər.

"Qanunun 72-ci maddəsinə əsasən, büro 18 aprel saat 00:00-dan etibarən baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı sağlamlığına zərər dəymiş şəxslərə kompensasiya ödənişlərinin həyata keçirilməsinə başlayır", - məlumatda deyilir.

Zərərçəkən şəxslər aşağıdakı hallarda kompensasiya ödənişi almaq üçün İcbari Sığorta Bürosuna müraciət edə bilərlər:

- şəxsin sağlamlığına naməlum avtonəqliyyat vasitəsilə zərər vurulduqda;
- mülki məsuliyyətin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda (zərərçəkənin zərərin əvəzinin ödənilməsi ilə bağlı zərərvurana qarşı irəli sürdüyü tələb təmin edilmədikdə).

Kompensasiya ödənişlərinin alınması üçün müraciət qaydası və tələb olunan sənədlərin siyahısı ilə bağlı daha ətraflı məlumatı İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsindən (www.isb.az) və (012) 595-00-20 telefon nömrəsinə zəng etməklə əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti