...

Azərbaycan regionlarında daşınmaz əmlakın icbari sığortası ilə bağlı maarifləndirmə tədbirləri keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2012 20:52 (UTC +04:00)
Dövlət Sığorta Nəzarəti Xidməti ölkənin regionlarında əhalinin daşınmaz əmlakın icbari sığortası üzrə maarifləndirilməsi tədbirlərinə başlayıb.
Azərbaycan regionlarında daşınmaz əmlakın icbari sığortası ilə bağlı maarifləndirmə tədbirləri keçirilir

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti ölkənin regionlarında əhalinin daşınmaz əmlakın icbari sığortası üzrə maarifləndirilməsi tədbirlərinə başlayıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Sığorta Nəzarəti Xidmətinin yaydığı məlumatda deyilir.

"Bu məqsədlə Dövlət Xidmətinin əməkdaşları Tovuz, Qazax, Şəmkir və Gədəbəy rayonlarına ezam ediliblər. Onlar rayonalrda müxtəlif təşkilatların, həmçinin əhalinin ayrı-ayrı sosial təbəqələrinin nümayəndələri ilə görüşlər keçiriblər", - məlumatda bildirilir.

Belə tədbirlər ölkənin digər regionlarında da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti