...

Lənkəran rayonunda suvarma sisteminin əsaslı təmiri məqsədilə tender elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2012 13:56 (UTC +04:00)
"Meliorasiya və Su Təsərrüfatı" ASC Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin suvarma sisteminin əsaslı təmiri məqsədilə açıq tender elan edib.
Lənkəran rayonunda suvarma sisteminin əsaslı təmiri məqsədilə tender elan edilib

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir Ə.Həsənov/

"Meliorasiya və Su Təsərrüfatı" ASC Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin suvarma sisteminin əsaslı təmiri məqsədilə açıq tender elan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü rəsmi mətbuatda dərc edilən məlumatda deyilir.

Üstünlük sərfəli qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsini təklif edən, analoji sahələrdə iş təcrübəsi və sabit maliyyə vəziyyəti olan iştirakçılara veriləcək.

Tenderdə iştirak haqqı 50 manatdır. İştirakçıların tender təklifləri və bank zəmanətləri 2012-ci il 16 iyul saat 18:00-dək qəbul edilir, tender təkliflərinin açılması iyulun 17-də saat 15:00-da baş tutacaq.

Tenderdə iştirak üçün müvafiq sənədlər 2012-ci il 10 iyul saat 18:00-dan gec olmayaraq Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinə təqdim edilməlidir.

Əlaqələndirici şəxs: F. Babayev, telefon 0717-4-21-29

Xəbər lenti

Xəbər lenti