...

Azərbaycan, Rusiya və Monqolustanın dəmiryolçuları əməkdaşlıq haqqında saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2012 12:57 (UTC +04:00)
Azərbaycan, Rusiya və Monqolustanın dəmiryol idarələri sərnişin daşımaları sisteminin təkmilləşdirilməsi çərçivəsində Soçidə əməkdaşlıq haqqında saziş imzalayıblar.
Azərbaycan, Rusiya və Monqolustanın dəmiryolçuları  əməkdaşlıq haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycan, Rusiya və Monqolustanın dəmiryol idarələri sərnişin daşımaları sisteminin təkmilləşdirilməsi çərçivəsində Soçidə əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu barədə cümə günü Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Azərbaycan tərəfdən sazişi QSC sədrinin müavini Əlirza Süleymanov imzalayıb.

Əzməmmədovun sözlərinə görə, imzalanmış sənəd tarif siyasəti sahəsində təcrübə mübadiləsini və əməkdaşlığı, bilet satışı sisteminin inkişafını və hüquqi bazanın təkmilləşdirilməsini nəzərdə tutur.

O bildirib ki, tərəflər arasında hərəkət qatarının təmiri, istismarı və icarəyə verilməsi, sərhəddə sərnişin qatarlarının yubanması hallarının azalması sahəsində əməkdaşlıq barədə razılığa gəlinib.

Xəbər lenti

Xəbər lenti