...

“FINCA Azerbaijan” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Münasibətilə bayram tədbirləri keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2012 14:48 (UTC +04:00)
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ənənəvi olaraq ölkəmizin müxtəlif bölgələrində uşaqlar üçün əyləncəli, xeyriyyə, maarifləndirici tədbirlər keçirir.
“FINCA Azerbaijan” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Münasibətilə bayram tədbirləri keçirib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ənənəvi olaraq ölkəmizin müxtəlif bölgələrində uşaqlar üçün əyləncəli, xeyriyyə, maarifləndirici tədbirlər keçirir.

Təşkilatdan Trend-ə verilən məlumata görə, bu tədbirlərdən biri də Şamaxı şəhərinin Heydər Əliyev adına Mərkəz Parkında təşkil olunan konsert tədbiridir. Konsertdə Azərbaycanın bir neçə məşhur müğənnisi çıxış etdi, Şamaxı Musiqi Məktəbində təhsil alan uşaq ansamblları milli və xarici rəqsləri nümayiş etdilər, şeirlər və mahnılar oxudular, milli musiqi alətlərində ifa etdilər. Konsert zamanı uşaqların qabiliyyətlərini müəyyən etmək üçün rəsm çəkmə yarışı da keçirildi. Ən yaxşı rəsm işlərinin qaliblərinə oyuncaqlar, rəsm və məktəb dəstləri paylanıldı.

Bundan əlavə "FINCA Azerbaijan"ın Bakı, Sumqayıt, Quba və Lənkəran şəhərlərində fəaliyyət göstərən filialların heyətləri kimsəsiz və qayğıya ehtiyacı olan uşaqları uşaq evlərində ziyarət etdilər, bağça və məktəblərdə təhsil alan uşaqlar üçün müxtəlif əyləncəli tədbirlər təşkil etdilər.

Qeyd edək ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "FINCA Azerbaijan"ın təşkil etdiyi bayram tədbirlərində ölkə üzrə 1200 nəfərdən çox uşaq və yeniyetmə iştirak etdi.

Xəbər lenti

Xəbər lenti