...

Azərbaycan bankı kapitalını 20 faizdən çox artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2012 19:29 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Rabitəbank" ASC-nin 2,72 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycan bankı kapitalını 20 faizdən çox artırır

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Rabitəbank" ASC-nin 2,72 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakı Fond Birjasının yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 20,29 manat olan 134,1 min səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Bununla da bankın nizamnamə kapitalı 13,47 milyon manatdan 16,19 milyon manatadək artırılacaq.

Xəbər lenti

Xəbər lenti