...

Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının Nazirlər Müşavirəsinin növbəti sessiyası Bakıda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2012 09:34 (UTC +04:00)
Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) Nazirlər Müşavirəsinin 40-cı sessiyası 5-8 iyun 2012-ci ildə Bakıda keçiriləcək.
Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının Nazirlər Müşavirəsinin növbəti sessiyası Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) Nazirlər Müşavirəsinin 40-cı sessiyası 5-8 iyun 2012-ci ildə Bakıda keçiriləcək. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Tədbirin gündəliyinə aşağıdakı məsələlər daxil edilib: DYƏT-in 2011-ci il üçün fəaliyyəti hesabatı haqqında; DYƏT Təftiş Komissiyasının 2011-ci il üzrə hesabatı haqqında; DYƏT nəqliyyat siyasəti Komissiyasının 2011-ci il üzrə işinin yekunları və inkişaf strategiyası haqqında; DYƏT nəqliyyat hüququ Komissiyasının 2011-ci ildə fəaliyyəti haqqında; DYƏT-in zəruri sənədlərinin təkmilləşdirilməsi üzrə Müvəqqəti işçi qrupun fəaliyyəti haqqında; BMT AİK-in həyata keçirdiyi "Avropa regionunda və Avrasiya nəqliyyat dəhlizlərində vahid dəmir yolu hüququna doğru" işi üzrə DYƏT komitə sədrinin məlumatı haqqında; DYƏT-in 2013-cü və qarşıdakı illər üçün fəaliyyət Proqramı haqqında; DYƏT-ə üzvlük haqları üzrə borclar haqqında; DYƏT Komitəsinin büdcəsi ( 2012-ci il üzrə yekun, 2013-cü il üçün ilkin) haqqında; DYƏT Nazirlər Müşavirəsinin XLI sessiyasının gündəliyi, yeri və keçirilmə tarixi üzrə ilkin layihə haqqında.

5-6 iyun 2012-ci ildə DYƏT-ə üzv ölkələrin səlahiyyətli nümayəndələrinin iştirakı ilə sessiyanın materiallarına və layihələrə ilkin baxış, 7-8 iyun 2012-ci ildə isə DYƏT Nazirlər Müşavirəsi üzvlərinin iştirakı ilə plenar iclas keçiriləcəkdir.

Tədbirin sonunda müvafiq protokol imzalanacaqdır.

Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı (DYƏT) 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan Respublikası) dəmir yoluna rəhbərlik edən nazirlərin nazirlər müşavirəsində yaradılıb. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir.

DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir.

DYƏT-in işçi orqanları Komissiyalar, bundan başqa DYƏT-in daimi işçi qrupları da vardır.

Azərbaycan Dövlət Dəmir Yolu 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) üzvüdür.

Xəbər lenti

Xəbər lenti