...

Azərbaycan və Andorranın biznes strukturları əməkdaşlıq haqqında razılığa gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2012 12:34 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Andorranın Sahibkarlar Konfederasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycan və Andorranın biznes strukturları əməkdaşlıq haqqında razılığa gəliblər

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Ə.Həsənov/

Bu gün Bakıda Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Andorranın Sahibkarlar Konfederasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumu Andorranın Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Xavyer Altimir və AZPROMO-nun vitse-prezidenti Gülşən Rzayeva imzalyıblar.

İmzalanma mərasimi iki ölkənin iş adamlarının biznes forumunda keçirilib. Bu, Andorranın iş adamlarının nümayəndə heyətinin Azərbaycana ilk səfəridir. Nümayəndə heyətinə Andorranın xarici işlər naziri Gilbert Saboya Sunyen başçılıq edir.

Andorranın nümayəndə heyətinin tərkibinə nəqliyyat, logistika, turizm, bank, mühəndislik, tullantıların idarə olunması və digər sahələrdə fəaliyyət göstərən biznes nümayəndələri daxildir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2011-ci ilin yekunları üzrə Azərbaycanla Andorra arasında mal dövriyyəsi 240 milyon dollara yaxın təşkil edib. 2010-cu illə müqayisədə bu göstərici təxminən beş dəfə azalıb.

Xəbər lenti

Xəbər lenti