...

Azərbaycanın fond bazarı il ərzində təqribən 50 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2012 13:38 (UTC +04:00)
2012-ci ilin yanvar-may ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 48,23 faiz artaraq 4,764 milyard manat təşkil edib.
Azərbaycanın fond bazarı il ərzində təqribən 50 faiz artıb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir A. Axundov/

2012-ci ilin yanvar-may ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 48,23 faiz artaraq 4,764 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BFB-nin yaydığı məlumatda deyilir.

Ölkənin fond bazarının belə artımı dövlət qiymətli kağızlar bazarının 58,5 faiz artması, korporativ qiymətli kağızlar bazarının isə 64,78 faiz azalması hesabına baş verib.

Dövlət qiymətli kağızlar bazarı 4,67 milyard manata çatıb. Buna repo-əməliyyatların 73,35 faiz çoxalması və Mərkəzi Bankın notları ilə əməliyyatların 30,69 faiz artması təsir edib.

Yanvar-may aylarında 94,23 milyon manat təşkil edən korporativ qiymətli kağızlar bazarında azalma korporativ istiqrazlarla əməliyyatların həcminin 70,58 faiz azalması ilə izah edilir.

Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-may ayları):

Bazarın seqmentləri

31.05.2012

31.05.2011

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi

AZN

Əqdlərin sayı

Korporativ istiqrazlar - (yerləşdirmə)

25 797 584,00

40

64 046 585,00

43

40,28%

Korporativ istiqrazlar - (təkrar bazar)

36 273 756,30

22

146 959 040,39

42

24,68%

Kİ bazarı cəmi

62 071 340,30

62

211 005 625,39

85

29,42%

Səhmlər - (yerləşdirmə)

29 467 476,35

34

52 349 232,00

80

56,29%

Səhmlər - (təkrar bazar)

2 692 892,09

1 489

4 208 516,14

1 212

63,99%

Səhm bazarı cəmi

32 160 368,44

1 523

56 557 748,14

1 292

56,86%

KQK bazarı cəmi

94 231 708,74

1 585

267 563 373,53

1 377

35,22%

Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-may ayları)

Bazarın seqmentləri

31.05.2012

31.05.2011

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Dİ (AR MN) - (yerləşdirmə)

0,00

0

140 552 321,75

84

0,00%

Dİ (AR MN) -

(təkrar bazar)

1 325 851,92

2

14 222 417,18

18

9,32%

Dİ bazarı cəmi

1 325 851,92

2

154 774 738,93

102

0,86%

Notlar (AR MB) - (yerləşdirmə)

514 345 156,21

124

396 340 896,29

141

129,77%

Notlar (AR MB) -

(təkrar bazar)

8 277 697,58

5

3 556 081,09

2

232,78%

Not bazarı cəmi

522 622 853,79

129

399 896 977,38

143

130,69%

Repo əməliyyatları

4 145 934 154,73

567

2 391 687 193,30

494

173,35%

DQK bazarı cəmi

4 669 882 860,44

698

2 946 358 909,61

739

158,50%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK- Korporativ qiymətli kağızları

Xəbər lenti

Xəbər lenti