...

Azərbaycanda sabitlik ölkəyə marağı artırır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2012 17:15 (UTC +04:00)
Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyenin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri xaricdə Azərbaycana qarşı artan marağın nümunəsidir.
Azərbaycanda sabitlik ölkəyə marağı artırır - nazir

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir A.Axundov/

Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyenin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri xaricdə Azərbaycana qarşı artan marağın nümunəsidir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Andorra nümayəndə heyəti ilə görüşündə bildirib.

"Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır, ölkədə siyasi və makroiqtisadi sabitlik, sabit iqtisadi inkişaf təmin edilib, əlverişli investisiya və biznes mühiti yaradılıb, ölkə investisiya ixracatçısı olub. Dünyada Azərbaycanın artan nüfuzunun nəticəsidir ki, onunla müxtəlif sahələrdə əməkdaşlıq etməyə böyük maraq var. Nümayəndə heyətinin Azərbaycana səfəri xaricdə ölkəyə qarşı marağın nümunəsidir", - Mustafayev deyib.

Bakıya səfərindən məmnunluğunu ifadə edən Andorranın XİN rəhbəri Sunyenin sözlərinə görə, ölkəsi Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Xəbər lenti

Xəbər lenti