...

Azərbaycanda ilk müstəqil iqtisadi operatorlar dövlətin iştirakı ilə yaradıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 12:12 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) ilk müstəqil iqtisadi operatorların yaradılması prosesində dövlətin iştirakını istisna etmir.
Azərbaycanda ilk müstəqil iqtisadi operatorlar dövlətin iştirakı ilə yaradıla bilər

Azərbaycan, Bakı, 5 iyun / Trend, müxbir A.Axundov /

Dövlət Gömrük Komitəsi (DGK) ilk müstəqil iqtisadi operatorların yaradılması prosesində dövlətin iştirakını istisna etmir. Trend-in məlumatına görə, bu barədə DGK-nın sədri Aydın Əliyev çərşənbə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu prosesdə həm özəl, həm də dövlət sektoru iştirak edə bilər.

"Hazırda başqa ölkələrin, o cümlədən bu institutun ilk dəfə yaradıldığı İsveçrənin və Koreyanın bu sahədə təcrübəsi öyrənilir", - Əliyev deyib.

Onun sözlərinə görə, hazırda iqtisadi operatorların fəaliyyətinin təmin olunması üçün normativ sənədlərin qəbul edilməsi prosesi davam edir.

Azərbaycan gömrüyündə müstəqil iqtisadi operatorlar meydana çıxacaq. Onlar 2012-ci il yanvarın 1-dən qüvvəyə minən yeni Gömrük Məcəlləsinin əsas yeniliklərindən biridir.

Gömrük qeydiyyatını həyata keçirə biləcək bu şirkətlər gömrük brokerlərinin fəaliyyəti ilə müqayisədə daha müasir formadadırlar.

Müstəqil iqtisadi operatorlar DGK-nın verəcəyi lisenziyalar əsasında işləyəcəklər.

Xəbər lenti

Xəbər lenti