...

“Təmiz Şəhər” ASC Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar iməcilik aksiyası keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 13:31 (UTC +04:00)
5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündən sonra ilk şənbə günü, iyunun 9-da “Təmiz Şəhər” ASC və “Xəzər” İnkişaf Fondu Xəzər rayonunda yerləşən çimərlik ərazisinin tullantılardan təmizlənməsi məqsədilə iməcilik aksiyasının keçirilməsini planlaşdırır.
“Təmiz Şəhər” ASC Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar iməcilik aksiyası keçirəcək

Azərbaycan, Bakı, 5 iyun /Trend/

5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündən sonra ilk şənbə günü, iyunun 9-da "Təmiz Şəhər" ASC və "Xəzər" İnkişaf Fondu Xəzər rayonunda yerləşən çimərlik ərazisinin tullantılardan təmizlənməsi məqsədilə iməcilik aksiyasının keçirilməsini planlaşdırır. Bu barədə Trend-ə ASC-nin mətbuat xidmətindən bildirilib.

Təmizlik aksiyasının keçirilməsində məqsəd əhalinin yay ayları ərzində istirahət etdikləri məkanın təmizliyinə məsuliyyətli yanaşmasını təbliğ etmək və gənclərin ətraf mühitin mühafizəsi sahəsində fəal iştirakını təmin etməkdir.

Aksiyada "Yaşıl Velosipedçilər" Klubunun, "Green Baku" təşkilatının üzvləri və "Təmiz Şəhər" ASC-nin əməkdaşları iştirak edəcəklər. Çimərlik ərazisindən toplanan tullantılar Balaxanı poliqonuna daşınacaqdır.

İməcilik aksiyasında iştirak etmək istəyənlər üçün 9 iyun tarixində saat 10:00-da Xətai metrosunun qarşısından çimərliyə xüsusi avtobuslar təşkil ediləcəkdir.

Xəbər lenti

Xəbər lenti