...

Azərbaycan İnvestisiya Şirkətinin kapitalı 2012-ci ildə normal iş görmək üçün kifayət edir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 17:27 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi 2012-ci ildə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) nizamnamə kapitalını artırmağı planlaşdırmır.

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir A.Axundov/

İqtisadi İnkişaf Nazirliyi 2012-ci ildə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) nizamnamə kapitalını artırmağı planlaşdırmır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

"Kapitalın indiki səviyyəsi investisiya şirkətinə normal fəaliyyət göstərməyə imkan verir", - nazir deyib.

Bununla belə, o, gələn il AİŞ-in kapitalının artırılması ehtimalını istisna etməyib.

Şirkətin yaradılması zamanı 90 milyon manat həcmində formalaşdırılan AİŞ-in nizamnamə kapitalı 2010-cu ilin əvvəlində 160 milyon manatadək artırılıb.

Xəbər lenti

Xəbər lenti