...

"DəmirBank" və AYİB kredit sahəsində əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 15:16 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank" və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 3 milyon ABŞ dolları məbləğində yeni kredit müqaviləsi imzalayıblar.
"DəmirBank" və AYİB kredit sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan bankı "DəmirBank" və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 3 milyon ABŞ dolları məbləğində yeni kredit müqaviləsi imzalayıblar.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 5 il müddətinə imzalanan kredit müqaviləsinə əsasən, tərəflər Azərbaycanda ortahəcmli sahibkarlığın birgə maliyyələşdirilməsini həyata keçirə biləcəklər. Bu müqavilə üzrə AYİB hər bir layihənin 50%-dək dəyərində birbaşa maliyyələşdirməni həyata keçirir.

"DəmirBank 1998-ci ildən Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edir, 2005-ci ildən isə AYİB DəmirBank-ın səhmdarıdır. Bu günədək müxtəlif proqramlar üzrə əməkdaşlıq edərək 11 müqavilə imzalamışıq. DəmirBank-da həyata keçirilən texniki dəstək proqramları, "SAP for Banking" proqram təminatının tətbiqi və s. sahələrdə AYİB-nın dəstəyi bizim üçün mühüm əhəmiyyətə malikdir", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Niderland İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti