...

Bakıda istehlakçıların aldadılması faktının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 16:54 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13 ünvanında "ABC-Telekom" MMC-yə məxsus "Kontakt Electronics" mağazasında aparılan yoxlama zamanı bilərəkdən yalan və qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən edilib.
Bakıda istehlakçıların aldadılması faktının qarşısı alınıb

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Bakıda istehlakçıların aldadılması faktının qarşısı alınıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13 ünvanında "ABC-Telekom" MMC-yə məxsus "Kontakt Electronics" mağazasında aparılan yoxlama zamanı bilərəkdən yalan və qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən edilib.

Belə ki, Bakı şəhərinin ayrı-ayrı küçələrində yerləşən reklam daşıyıcılarında istehlakçıda "Kontakt Electronics" mağazasında dəyərindən asılı olmayaraq satılan hər bir mala görə hədiyyə verilməsi təəssüratı yaradan "Kontakt Electronics, Al! Hədiyyə Al!" mövzulu reklamların yayımlandığı halda, faktiki olaraq mağazada 200 manatdan aşağı qiymətə mal almış istehlakçılara heç bir hədiyyə verilmədiyi müəyyən edilib.

Bilərəkdən yalan və qeyri-dəqiq reklamların yayımının dayandırılması məqsədilə Dövlət Xidməti tərəfindən Bakı şəhər Reklam və İnformasiya İdarəsinə göstəriş verilib.

İstehlakçılardan saxta reklam kampaniyaları ilə raslaşdıqda, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti