...

Azərbaycann Maliyyə Nazirliyi xəzinədarlıq hesabındakı qalığın idarəetməyə verilməsinə ehtiyac görmür

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi vahid xəzinədarlıq hesabında qalıq vəsaitləri hissəsinin yerli bankların idarəetməsinə verilməsinə hələlik ehtiyac görmür.

Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

"Əgər hesabda artıqlar olacaqsa, biz onları banklara təhvil verəcəyik. Bu, bizim qərarımızdan asılıdır. Qanunvericilik bizə bunu etməyə imkan verir, lakin hələlik belə planlar yoxdur. Əgər ehtiyac yaransa, buna əl atacağıq", - Şərifov qeyd edib.

Xəbər lenti

Xəbər lenti