...

Azərbaycan bankı Bank of Azerbaijan müştəri xidməti vaxtını uzatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2012 13:04 (UTC +04:00)
Bank of Azerbaijan-nın Bakıda Səməd Vurğun küç. 3 ünvanında yerləşən 3 saylı "Sahil" filialı həftənin 5 günü saat 22.00-dək fasiləsiz xidmət göstərməyə başlayıb.
Azərbaycan bankı Bank of Azerbaijan müştəri xidməti vaxtını uzatdı

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Bank of Azerbaijan-nın Bakıda Səməd Vurğun küç. 3 ünvanında yerləşən 3 saylı "Sahil" filialı həftənin 5 günü saat 22.00-dək fasiləsiz xidmət göstərməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı xəbərdə deyilir.

Şənbə, bazar və istirahət günlərində isə Bankın 3 saylı "Sahil" filialı saat 10.00-dan 22.00-dək əhaliyə bank xidmətləri göstərir.

Uzadılmış axşam saatları ərzində cari hesablar üzrə əməliyyatlar, kredit borcunun ödənilməsi, plastik kartlar üzrə əməliyyatlar (hesaba mədaxil, kredit xətti üzrə borcun ödənilməsi), Western Union, Contact, Bıstraya Poçta, Xpress Money, Zolotaya Korona və Caspian Money Transfer sistemləri ilə təcili pul köçürmələri, Azercell, Bakcell, Nar Mobile mobil operatorlarının xidmətlərinin ödənilməsi, valyuta mübadiləsi kimi əməliyyatlar mümkündür.

Bank of Azerbaijan-nın hazırda 16 filialı və 3 şöbəsi fəaliyyət göstərir. Bakıda həmçinin müştərilərə həftənin bütün günləri 18 saylı "Gənclik" filialı uzadılmış iş rejimində fəaliyyət göstərir. Reqionlarda isə bankın müştəriləri Gəncə, Sumqayıt və Şəki filiallarında uzadılmış iş rejimindən faydalana bilərlər.

Bankın digər filial və şöbələri isə müştərilərə həftənin 5 günü saat 9.00-dan 18.00-dək fasiləsiz xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti