...

Azərbaycanda dövlət büdcəsinin icrası haqqında hesabatlar elektron formada qəbul ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 14:10 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlər Xəzinədarlığı Agentliyi dövlət büdcəsinin icrası haqqında hesabatları elektron formada qəbul etməyə və nəzərdən keçirməyə başlayacaq.
Azərbaycanda dövlət büdcəsinin icrası haqqında hesabatlar elektron formada qəbul ediləcək

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlər Xəzinədarlığı Agentliyi dövlət büdcəsinin icrası haqqında hesabatları elektron formada qəbul etməyə və nəzərdən keçirməyə başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

Həmin hesabatların Maliyyə Nazirliyinin rəsmi internet saytı vasitəsilə qəbul olunması məqsədilə tətbiq olunan proqram təminatında təşkilatlara elektron sənəd mübadiləsi üçün istifadəçi kodunun, birdəfəlik giriş üçün şifrənin verilməsi, hesabat formalarının yüklənməsi, doldurulması və göndərilməsi, göndərilmiş hesabatların baxılması və qəbulu mərhələlərinin izlənilməsi, hesabatların qəbulu ilə bağlı yaranan suallar üzrə yazışmaların aparılması, elektron sənədlərin beynəlxalq standartlara uyğun təhlükəsizlik sertifikatı ilə şifrələnməsi və s. nəzərdə tutulub.

Təşkilatlar hesabat göstəricilərini Maliyyə Nazirliyinin www.maliyye.gov.az rəsmi internet səhifəsinin "Dövlət Xəzinədarlığı Agentliyi" sahəsində yerləşdirilmiş iş yerindən göndərməlidirlər.

Xəbər lenti

Xəbər lenti