...

Nəqliyyat Nazirliyi yükdaşıma normalarının pozulması ilə mübarizədə işləri davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 14:37 (UTC +04:00)
Автобусы, которые были использованы для перевозки туристов в период проведения конкурса «Евровидение-2012», будут использованы и для других мероприятий, проводимых в Азербайджане.
Nəqliyyat Nazirliyi yükdaşıma normalarının pozulması ilə mübarizədə işləri davam etdirir

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir H.Vəliyev/

"Eurovision-2012" müsabiqəsi dövründə turistlərin daşınması məqsədilə istifadə edilən avtobuslar Azərbaycanda keçirilən digər tədbirlər üçün də istifadə ediləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, həmin avtobuslara tələbat bundan sonra da olacaq, çünki ölkəyə gələn turistlərin sayı artır. Məlum olduğu kimi, bu il Azərbayacnda qadınlar arasında futbol üzrə dünya çempionatı keçiriləcək.

Yükdaşıma qaydalarını pozan iritonnajlı avtomobillərlə bağlı məsələyə toxunan Pənahov qeyd edib ki, onlar Azərbaycanın yol infrastrukturu üçün böyük problemlər yaradır.

"Bu sahədə işlər həm Nəqliyyat Nazirliyi, həm də Daxili İşlər Nazirliyinin strukturları tərəfindən aparılır. Son vaxtlar ərzində belə avtomobillərin sayı xeyli azaldılıb", - Pənahov vurğulayıb.

Onun sözlərinə görə, iritonnajlı avtomobillərin yüklənmə normalarını aşması yol örtüyünün dağılmasına gətirib çıxarır.

Xəbər lenti

Xəbər lenti