...

Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 17:57 (UTC +04:00)
İyunun 11-də Bakıda keçiriləcək Azərbaycan-Almaniya biznes forumunda Almaniya nümayəndə heyətinə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Ekhard Cordes başçılıq edəcək.
Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir Ə.Həsənov/

İyunun 11-də Bakıda keçiriləcək Azərbaycan-Almaniya biznes forumunda Almaniya nümayəndə heyətinə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Ekhard Cordes başçılıq edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yaydığı məlumatda deyilir.

Biznes forum AZPROMO və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birgə təşkil edilib.

Biznes forumda Almaniya tərəfindən bank, neft-kimya, neft-qaz emalı, enerji, maşınqayırma, səhiyyə, nəqliyyat, turizm, müxtəlif növ avadanlıq istehsalı və digər sektorları təmsil edən 12 şirkətin rəhbərləri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti