...

Əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının layihəsi yaxın günlərdə hökumətə təqdim olunacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 11:23 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrinə əsasən, əlillərlə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə yaradılmış İşçi qrup iyunun 7-də ixtisaslaşmış QHT-lərin nümayəndələri ilə birgə növbəti iclasını keçirib.
Əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının layihəsi yaxın günlərdə hökumətə təqdim olunacaq (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrinə əsasən, əlillərlə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə yaradılmış İşçi qrup iyunun 7-də ixtisaslaşmış QHT-lərin nümayəndələri ilə birgə növbəti iclasını keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ƏƏSMN-in Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov iclası giriş sözü ilə açaraq, nazirlik tərəfindən sosial qanunvericilik bazasının mütərəqqi çalarlarla zənginləşdirilməsi və sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan insanların mənafelərini daha dolğun şəkildə təmin edə biləcək bir səviyyəyə çatdırılması üçün yeni layihələr, təkliflər hazırlandığını, bu sahədə ixtisaslaşmış QHT-lərlə daimi əməkdaşlıq həyata keçirildiyini deyib.

Qeyd olunub ki, keçirilən bu iclas da əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə nazirlik tərəfindən hazırlanan yeni layihələrin müzakirəsinə xidmət edən növbəti iclasdır.

İclasda "2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın layihəsi yekun mərhələdə müzakirə olunub, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri rəy və təkliflərini bildiriblər.

Dövlət Proqramının layihəsi yaxın günlərdə hökumətə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti