...

“FINCA Azerbaijan”nın Sumqayıt filialı kredit portfelini artırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 11:40 (UTC +04:00)
"FINCA Azerbaijan"ın Abşeron regionunda ən böyük və sürətlə inkişaf edən filialı adına sahib olan Sumqayıt filialının kredit portfeli son 3 ayda 6,1 faiz artaraq 7 milyon ABŞ dolları təşkil etmişdir.
“FINCA Azerbaijan”nın Sumqayıt filialı kredit portfelini artırdı

Azərbaycan, Bakı, 8 iyun /Trend /

"FINCA Azerbaijan"ın Abşeron regionunda ən böyük və sürətlə inkişaf edən filialı adına sahib olan Sumqayıt filialının kredit portfeli son 3 ayda 6,1 faiz artaraq 7 milyon ABŞ dolları təşkil etmişdir. 10 illiyini qeyd etməyə hazırlaşan Sumqayıt filialı regionda fəaliyyət göstərən digər mikro-maliyyə təşkilatları arasında liderlərdən biridir. Filial uğurunu şəhərdə çalışan orta və kiçik sahibkarlara daha rahat və əlverişli şərtlərlə kreditlərin təqdim edilməsində faəl işi nəticəsində qazanıb. Trend-in məlumatına görə, bu barədə "FINCA Azerbaijan"ın cümə günü yaydığı məlumatda deyilir.

Müştərilər minimal sənəd təqdim edərək qısa müddət ərzində "FINCA Azerbaijan"ın Sumqayıt filialından Kənd Kredit Qrupu, Həmrəy Kredit Qrupu, Ekspres Kredit, Kiçik və Orta Sahibkarlıq və Fərdi Kənd Kredit məhsulları üzrə kreditlər əldə edə bilərlər.
Qeyd edək ki, 2012-ci ilin əvvəlində "FINCA Azerbaijan" kredit məhsullarının faiz dərəcələrini aşağı salmışdır. Kredit məhsulundan asılı olaraq endirimlər illik 3 faizdən 6,6 faizə qədər olub.

"FINCA Azerbaijan" 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan "FINCA International Inc."a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını - öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək - bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi "FINCA Azerbaijan" müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 35 sub-filialı vasitəsilə 120,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. "FINCA Azerbaijan" fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

Xəbər lenti

Xəbər lenti